Las-Veqasda Donald Trampın mehmanxanası yaxınlığında “Tesla”nın “Cybertruck”ı partlayıb, nəticədə avtomobilin sürücüsü həlak olub, 7 nəfər xəsarət alıb

12:04, 02.01.2025

 
Las-Veqasda Donald Trampın mehmanxanası yaxınlığında “Tesla”nın “Cybertruck”ı partlayıb. Partlayış nəticəsində avtomobilin sürücüsü həlak olub, 7 nəfər isə yüngül xəsarət alıb.

Avtomobilin Koloradoda kirayəyə götürüldüyü və partlayışdan iki saat əvvəl şəhərə gətirildiyi məlum olub. O, mehmanxananın qarşısında, girişdə saxlanılmışdı və bu zaman ondan tüstü çıxıb və partlayıb.

Polis hadisənin ABŞ-ın seçilmiş prezidenti Donald Trampa, yoxsa “Tesla”nın sahibi İlon Maska qarşı yönəldiyini hələlik müəyyən etməyib. Bununla yanaşı, prezident Co Bayden bildirib ki, hüquq-mühafizə orqanları bu partlayışla Nyu Orleanda avtomobilin insanların izdihamının üzərinə sürüldüyü hücum arasında hər hansı əlaqənin olub-olmadığını araşdırırlar.

Medianın məlumatına əsasən, maraqlıdır ki, hər iki halda istifadə olunan avtomobillər eyni avtomobil icarəsi xidmətindən kirayəyə götürülüb. Federal Təhqiqatlar Bürosundan isə hadisənin terror aktı olub-olmadığını müəyyən etmək üçün çalışdıqlarını bildiriblər.

Xatırladaq ki, Nyu Orleanda baş vermiş hadisə zamanı 15 nəfər həlak olub.

Oxşar