Lana Qaldava - gündəmdə hələ Parlament seçkiləri durur, altı maddənin yerinə yetirilməsindən sonra, özünüidarəetmə seçkiləri barəsində söhbəti bacaracağıq
“Lelo” partiyasının üzvü, Lana Qaldavanın bəyan etdiyinə görə, partiyanın gündəmində hələ Parlament seçkiləri durur.
Onun dediyinə görə, özünüidarəetmə seçkiləri barəsində söhbət altı maddənin yerinə yetirilməsindən sonra mümkün olacaq.
“Lelonun” diqqəti mediasiya məsələsinə, razılığın nail olunmasına, ölkədə siyasi böhranın aradan qaldırılmasına və deeskalasiyaya yönəldilib. Yerli özünüidarəetmə seçkilərinə gəldikdə, partiyanın gündəmində hələ növbədənkənar Parlament seçkiləri durur. Biz siyasi konsesusun nail olunmasına yönəlmişik və bu konsesus Avropa İttifaqı tərəfindən yaradılan yeni formatdır ki, burada da bizim altı maddəli tələblərimiz təqdim olunacaq. Yalnız bu altı maddənin yerinə yetirilməsindən sonra, özünüidarəetmə seçkiləri barəsində söhbəti bacaracağıq.
“Gürcü Arzusu” üçün də əsas prosesin deeskalasiyası, siyası dalanın aradan qaldırılması və mediasiyanın istifadəsi olmalıdır. Əgər “Gürcü Arzusunun” gündəmində yerli özünüidarəetmə məsələləri durursa, onların mövqeyi çox yanlışdır”, – Lana Qaldava bəyan etdi.