“Kyivindependent” – Macarıstan və Bolqarıstanın tələbi ilə Avropa İttifaqı liderlərinin yekun sənədindən Ukrayna və Moldovanın üzvlük prosesinin “mümkün qədər tez” irəlilədilməsi barədə ifadə çıxarılıb

20:08, 15.10.2026

 

Macarıstan və Bolqarıstanın təzyiqi nəticəsində, Avropa İttifaqı liderlərinin 15–16 oktyabr sammitinin yekun sənədinin ilkin versiyasında yer alan Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük prosesinin “mümkün qədər tez” irəlilədilməsi barədə ifadə mətndən çıxarılıb – bu barədə “Kyivindependent” xəbər verir.

Nəşr diplomatlara istinadən xəbər verir ki, qeyd olunan ifadənin çıxarılmasını Budapeşt və Sofiya mətnin İyun sammitinin ifadə formasına uyğun gəlməsi üçün tələb ediblər.

Məqalədə qeyd olunub ki, Macarıstan tərəfindən bu addım gözlənilməz olub, çünki Macarıstan və Ukrayna arasında milli azlıqların hüquqları ilə bağlı ikitərəfli fikir ayrılığı artıq həll olunmuşdu və qalan klasterlərin açılmasına dair açıq iddialar yox idi.

Oxşar