Saba Kvirkveliya və Moskvanın “Lokomotivinin” oyunçuları koronavirus üzrə test verdilər və hamısının cavabı mənfi çıxdı, – məlumatı klubun nümayəndəliyi yaydı.
“Orenburq” ilə Rusiya premyerliqasının 23-cü turundan sonra, komandanın media-meneceri, Kiril Breydo bəyan etdi ki, komandada “COVID-19” virusunun halı aşkar olunmayıb.
Matça qədər məlumat yayıldı ki, “Orenburqun” bir neçə nümayəndəsində yeni koronavirus əlamətləri aşkar edildi. Hazırda onların hamısı izolasiyadadırlar.
“23-cü turda “Orenburq” ilə oyundan sonra, bütün komanda koronavirus üzrə testdən keçdi. Cavabın hamısı mənfidir. Futbolçular özlərini yaxşı hiss edirlər”, – Breydo “sport24” ilə müsahibəsində bəyan etdi.