Kvemo Kartlidə polis İnterpolun qırmızı bülleteni ilə axtarışda olan xarici ölkə vətəndaşını saxlayıb
Kvemo Kartlidə İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə Respublikası vətəndaşını saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs Türkiyənin hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif ağır cinayətlərə görə beynəlxalq axtarışa verilmişdi.
Qurumun bildirdiyinə əsasən, hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.