Kvemo Kartlidə nikaha daxil olmağa məcburetmə ittihamı ilə üç nəfər saxlanılıb

10:48, 20.10.2026

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları ailə üzvünü nikaha daxil olmağa məcburetmə və ailə daxilində zorakılıq ittihamı ilə, iki müxtəlif fakt üzrə Marneuli Munisipalitetində üç nəfəri saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər qadın və kişinin bərabərliyinə dözümsüzlük motivi ilə övladlarını, o cümlədən yetkinlik yaşına çatmayan şəxsi, onların iradəsinə zidd olaraq həmkəndliləri olan kişilərə ərə getməyə məcbur edirmişlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hər üç şəxsi saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima 150-ci prima və 126-cı prima maddələri ilə aparılır, bu da dörd ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Oxşar