Kvemo Kartlidə güclü qar yağmasına görə yolların təmizlənməsi işləri aparılır
Güclü qar yağışının problemlər yaratdığı Kvemo Kartlidə yolların təmizlənməsi işləri aparılır.
Tsalka və Dmanisi munisipalitetlərində yağıntı xüsusilə intensivdir. Tsalkada 15 kənd yaxınlığında yolların təmizlənməsi işləri aparılır, Dmanisidə isə işlərə altı ədəd texnika cəlb olunub.
Hazırda təbii qaz və elektrik enerjisinin verilişi problemsiz davam edir. Bələdiyyə nəqliyyatı da fəaliyyət göstərir. Yeganə müvəqqəti məhdudiyyət Qomareti-Dmanisi istiqamətinə şamil edilib. Təhlükəsizlik məqsədilə, bələdiyyə nəqliyyatının hərəkəti qeyd olunan hissədə bir günlük dayandırılıb.