Kvemo Kartli polisi satış üçün qablaşdırılmış 24 büküm “Metadon”u müsadirə edib, iki nəfər saxlanılıb

10:57, 27.10.2026

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə iki nəfəri saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatında, hüquq-mühafizə orqanlarının əməkdaşlarının təqsirləndirilən şəxslərin üzərində və avtomobilində axtarış nəticəsində maddi sübut kimi satış üçün hazırlanmış xüsusilə külli miqdarda, 24 büküm şəklində qablaşdırılmış “Metadon” narkotik vasitəsini müsadirə etdikləri deyilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

Oxşar