Kvemo Kartli polisi insan alveri, təcavüz və təhdid ittihamı ilə bir nəfəri saxlayıb

11:23, 06.11.2025

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, əvvəlcədən bilə-bilə məhdud imkanlı şəxsə yönəlik təhdid, insan alveri və təcavüz ittihamı ilə 1987-ci il təvəllüdlü, əvvəllər mühakimə olunmuş V.K.-ni saxlayıblar. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, cinayətlər 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla təqsirləndirilən şəxsin məhdud imkanlı şəxs D.S.-ni fiziki zorakılıqla hədələyərək küçələrdə dilənməyə və bu yolla qazandığı pulu ona gətirməyə məcbur etdiyi müəyyən edilib.

Həmçinin, keçirilən istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsin zor tətbiq etməklə D.S.-nin iradəsinə zidd olaraq onunla bir neçə dəfə cinsi əlaqədə olduğu müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən istintaq hərəkətləri nəticəsində V.K.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü prima maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi, 137-ci maddəsinin 3-cü hissəsinin “d” yarımbəndi və 151-ci maddəsinin 2-ci hissəsinin “q” yarımbəndi ilə aparılır” – DİN-in məlumatında qeyd olunub.

Oxşar