Kvemo Kartli polisi evlənmək məqsədilə qanunsuz azadlıqdan məhrum etmə faktı üzrə iki nəfəri saxlayıb
Kvemo Kartli polisi evlənmək məqsədilə qanunsuz azadlıqdan məhrum etmə faktı üzrə iki nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Bolnisi Rayon İdarəsinin əməkdaşları “isti izlər”lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, 1998-ci il təvəllüdlü B.İ. və 1995-ci il təvəllüdlü K.İ.-ni qrup halında törədilmiş qanunsuz azadlıqdan məhrum etmə ittihamı ilə saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır. Cinayət 7 ildən 10 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, Bolnisi Munisipalitetində B.İ. qardaşı, həmçinin təqsirləndirilən şəxs qismində saxlanılan K.İ.-nin köməyi ilə 2006-cı il təvəllüdlü qızı, qadın və kişi bərabərliyinə dözümsüzlük motivi ilə, evlənmək məqsədilə, qanunsuz azadlıqdan məhrum edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları baş vermiş cinayət barədə məlumat alan kimi dərhal həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan qızın yerini elə həmin gün müəyyən ediblər, B.İ. və K.İ.-ni isə təqsirləndirilən şəxs qismində saxlayıblar.

Əvvəlcədən razılaşdırılmış şəkildə qrup tərəfindən qanunsuz azadlıqdan məhrum etmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “a” yarımbəndi ilə aparılır” – DİN-in məlumatında qeyd olunub.