Kvemo Kartli Polisi ailədə zorakılıq ittihamı ilə bir nəfəri saxlayıb
Kvemo Kartli Polisi ailədə zorakılıq ittihamı ilə bir nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları ailədə zorakılıq ittihamı ilə 1975-ci il təvəllüdlü R.B.-ni saxlayıblar.

Cinayət 3 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla R.B.-nin qarşılıqlı mübahisə zamanı həyat yoldaşı – 1990-cı il təvəllüdlü S.K.-ya qarşı fiziki təhqirə yol verdiyi və onu şəxsi həyatı əks etdirən görüntüləri yaymaqla təhdid etdiyi müəyyən edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları R.B.-ni təqsirləndirilən şəxs qismində “isti izlər”lə saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 126-cı prima maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi ilə aparılır” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.