Küveytdə İranın Dubayda onların "Al-Salmi" neft tankerinə hücum etdiyini bəyan edirlər, ətraf sulara neftin mümkün sızması ilə bağlı xəbərdarlıq yayılıb
Küveytdə İranın Dubayda onların “Al-Salmi” neft tankerinə hücum etdiyini bəyan edirlər.
Hücum nəticəsində tankerə zərər dəyib və yanğın baş verib.
Korporasiya hadisəni İranın şiddətli zərbəsi kimi qiymətləndirib və ətraf sulara neftin mümkün sızması ilə bağlı xəbərdarlıq yayıb.
Onların məlumatına əsasən, ekipajın 24 üzvünün hamısı təhlükəsiz şəraitdədir.
Dubay hakimiyyətinin bəyanatına əsasən, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində dağıntılar Al-Badada tərk edilmiş evin üzərinə düşüb, yaxınlıqda olan dörd nəfər isə yaralanıb.