Küveyt və Səudiyyə Ərəbistanı hücumlarda İranı ittiham edir, Tehran isə bu iddiaları rədd edərək bildirir ki, əgər hücumlarla bağlı məlumatlar doğrudursa, bu, İsrail və ABŞ-ın hərəkətləri ola bilər
Küveyt və Səudiyyə Ərəbistanı İranı və onun müttəfiq qüvvələrini hücumlarda ittiham edir.
Küveytin Xarici İşlər Nazirliyinin məlumatına görə, pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar ölkənin bir neçə obyektinə ziyan vurub.
Səudiyyə Ərəbistanının dövlət agentliyi isə anonim rəsmi mənbəyə istinadən bildirir ki, İranın son hücumu nəticəsində mühüm neft kəməri zədələnib.
Bu kəmər vasitəsilə neft Qırmızı dənizə çatdırılır və İranın nəzarət etdiyi Hörmüz boğazını yan keçir.
Küveytin bəyanatından sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu yayılan açıqlamada Fars körfəzi ölkələrinə hücumlar həyata keçirdiyini təkzib edib.
“Əgər mediada yayılan bu məlumatlar doğrudursa, şübhəsiz ki, bu, sionist düşmənin və ya ABŞ-ın hərəkətləridir”, – deyə Tehranda bildirilib.