Küveyt bildirir ki, İran son iki gün ərzində ikinci dəfə elektrik stansiyası və suyun duzsuzlaşdırılması zavoduna hücum edib
Küveyt bəyan edib ki, İran son iki gün ərzində ikinci dəfə elektrik stansiyası və suyun duzsuzlaşdırılması zavoduna hücum edib. Küveytin Elektrik Enerjisi, Su və Bərpa Olunan Enerji Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, bu, iki gün ərzində qeydə alınan ikinci düşmən hücumudur.
Nazirliyin məlumatına görə, yanğın nəticəsində çox sayda enerji bloku zədələnib və bu səbəbdən stansiyanın elektrik sisteminin sabitliyini qorumaq üçün fövqəladə tədbirlər planı işə salınıb.
Bildirilib ki, ötən gün baş verən hücum nəticəsində də elektrik stansiyasında yanğın qeydə alınıb. Nazirliyin açıqlamasına əsasən, alov stansiyanın yalnız bir komponentini əhatə edib.
Tehran və Vaşinqton arasında hərbi əməliyyatların yenidən başlamasından sonra Küveyt İranın hədəf aldığı ölkələrdən biri kimi göstərilir. Küveytdə içməli suya olan tələbatın təxminən 90 faizi suyun duzsuzlaşdırılması hesabına ödənilir.