Küveyt aviaşirkəti Tbilisiyə müntəzəm reyslərin başlamasını planlaşdırır
Küveyt aviaşirkəti Tbilisiyə müntəzəm reyslərin başlamasını planlaşdırır

İqtisadiyyat və Davamlı İnkişaf naziri Dimitri Kumsişvili Küveytin “Jazeera Airways” aşağı büdcəli aviaşirkətin direktoru, Rohit Ramaçandran və vitse-prezident Rafik Boqdadi ilə görüşdü.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, görüşdə Küveyt aviaşirkətinin rəhbəri bəyan etdi ki, yaxın zamanlarda “Jazeera Airways” Tbilisi və Küveyt arasında müntəzəm aviareyslərin başlamasını planlaşdırır. Qeyd olundu ki, Küveyt aviaşirkəti, fəaliyyətinin genişləndirilməsi və inkişafı üçün, Gürcüstanın aziasiya bazarını müzakirə edir.

Nazirliyin məlumatına görə, görüşdə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Turizm Agentliyinin rəhbəri, Giorgi Çoqovadze və “Gürcüstan Aeroportlarının Birləşmələrinin” baş direktoru Ketevan Aleksidze iştirak edirdilər.