Kutaisinin Apelyasiya Məhkəməsi Mzia Amağlobeli barəsində çıxarılmış 2 illik həbsi qüvvədə saxlayıb
Kutaisinin Apelyasiya Məhkəməsi Mzia Amağlobeli barəsində çıxarılmış 2 illik həbsi qüvvədə saxlayıb

 

Kutaisinin Apelyasiya Məhkəməsi “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobelinin şikayətini təmin etməyib və Amağlobeli barəsində çıxarılmış 2 illik həbsi qüvvədə saxlayıb. Hakim qərarı bir az bundan əvvəl elan edib.

Mzia Amağlobelinin vəkilləri Amağlobeli barəsində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və onun azadlığa buraxılmasını tələb edirdilər.

Bununla yanaşı, prokurorlar cəzanın ağırlaşdırılmasını və Mzia Amağlobeli barəsində 4 ildən 7 ilə qədər müddətə həbs cəzasının tətbiq olunmasını tələb edirdilər.

Mzia Amağlobelinin özü də bugünkü məhkəmə prosesində iştirak edirdi.

Xatırladaq ki, Batumi Şəhər Məhkəməsi Mzia Amağlobelini avqustun 6-da iki il müddətinə azadlıqdan məhrum edib.

Hakim Mzia Amağlobeli barəsində 353-cü prima maddə ilə irəli sürülmüş və polisə hücumu nəzərdə tutan ittihamı tövsif etdi və
onu 353-cü maddənin birinci hissəsi ilə təqsirli bildi. Qeyd olunan maddə ictimai asayişin müdafiəçisinə və ya hakimiyyətin digər nümayəndəsinə qarşı müqavimət, təhdid və ya zorakılıq deməkdir.