Kutaisidə yoxlanılan daha 567 şəxsdən heç birində koronavirus təsdiq olunmadı
Kutaisidə yoxlanılan daha 567 şəxsdən heç birində koronavirus təsdiq olunmadı

Kutaisi laboratoriyasında ötən gecə mütəxəssislər 567 bioloji nümunəni yoxladılar və koronavirus heç birində təsdiq olunmadı.

Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Xəstəliklərə Nəzarət Milli Mərkəzinin İmereti bölməsinin rəhbəri, Qoça Giorqadze çatdırdı.

Giorqadzenin məlumatına görə, testlər İmereti bölgəsində mövcud olan tibbi müəssisələrdə yerləşdirilmiş pasiyentlərə, tibb personalına, karantində çıxan şəxslərə və başqa hədəf qruplarına edildi.