Kutaisi laboratoriyasında ötən gecə mütəxəssislər 564 bioloji nümunəni yoxladılar və koronavirus heç birində təsdiq olunmadı.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin İmereti bölməsinin rəhbəri, Qoça Giorqadzenin məlumatına görə, testlər İmereti bölgəsində mövcud olan tibbi müəssisələrdə yerləşdirilmiş pasiyentlərə, başqa hədəf qruplarına edildi.