Kutaisidə ümumilikdə 1.2 km-lik sahədə Rioni çayının sahilbərkitmə işləri başa çatdı
Kutaisidə ümumilikdə 1.2 kilometrlik sahədə Rioni çayının sahilbərkitmə işləri tamamlanıb – bu barədə məlumatı Gürcüstan Avtomobil Yolları Departamenti yayıb.
“Müvafiq işlər şəhərin Mtsvanekvavila küçəsi yaxınlığında yerləşən ərazidə aparılıb və həm Rioni çayının sağ, həm də sol sahilini əhatə edib.
Layihə çərçivəsində Rioni çayının hər iki sahilində sahilbərkitmə qurğuları inşa olunub. Çayın sol sahilində yerləşən monolit dəmir-beton sahilbərkitmə divarı Rioni çayı üzərindəki bənddən başlayır və mövcud sahilbərkitmə divarına qədər uzanır. Divarın sonunda yeni monolit dəmir-beton pilləkən və çay daşı ilə möhkəmləndirilmiş sahə tikilib, bu sahə Rioni SES-dən başlayaraq mövcud sahil divarına qədər davam edir.
Aparılan işlər nəticəsində Rioni çayının hər iki sahili təhlükəsiz şəkildə qorunacaq.
Layihə dövlət büdcəsi hesabına 6 milyon lari ilə maliyyələşdirilib,” – deyə yayılan məlumatda qeyd olunur.