Kutaisidə Üçüncü Piyada Briqadasında hərbçilərin övladlarına Yeni il tədbirində ev sahibliyi ediblər
Kutaisidə Üçüncü Piyada Briqadasının bazasında hərbi qulluqçuların övladları üçün Yeni il tədbiri keçirilib.
Gürcü müğənnilər, animatorlar və nağıl qəhrəmanları həlak olmuş, yaralanan və xidmətdə olan hərbi qulluqçuların övladlarında Yeni il əhvali-ruhiyyəsi yaradıblar. Müdafiə nazirinin müavini Qela Qeladze və Müdafiə Qüvvələrinin komandanı general-mayor Qiorqi Matiaşvili körpələri qarşıdan gələn Milad və Yeni il bayramı münasibətilə təbrik ediblər.
Tədbir çərçivəsində hərbi bazada Yeni il kəndi təşkil olunub və Şaxta baba hərbçilərin övladlarına Yeni il hədiyyələri paylayıb. Uşaqlar müxtəlif əyləncə tədbirlərində də iştirak ediblər və bazada nümayiş etdirilən hərbi texnikaya baxıblar.
Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.