Kutaisidə tikilməkdə olan binada konstruksiyanın uçması nəticəsində bir nəfər ölüb

14:28, 15.07.2026

Kutaisidə, İoseliani küçəsində tikilməkdə olan binada konstruksiyanın uçması nəticəsində bir nəfər ölüb.

Mövcud məlumata görə, ölən şəxs tikinti obyektində işləyib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq başlanıb. Həmin maddə dağ-mədən, tikinti və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.

Oxşar