Kutaisidə sürücülərin aksiyası keçirildi. Aksiya iştirakçılarının bəyan etdiyinə görə, yanacağa qiymətin artmasına etiraz edirlər.
Sürücülər İdman Sarayı qarşısında toplaşdılar və şəhər mərkəzi istiqamətinə avtomobillərlə xəbərdarlıq yürüşünü təşkil etdilər.
Bununla yanaşı, aksiya təşkilatçısının dediyinə görə, vətəndaşların kifayət qədər sayı etiraza qoşulmur və buna görə, yanacağın qiyməti eyni qalır.
“Bu son aksiyadır, çünki insanlar küçəyə çıxmırlar ki, yanacağa bu cür artan qiymətə etiraz etsinlər. Məhz elə bunun nəticəsidir ki, qiymət azalmır”, – aksiyanın təşkilatçısı, Giorgi Loladze bəyan etdi.