Kutaisidə narkotika cinayəti ittihamı ilə bir nəfəri saxlayıblar

12:10, 20.02.2025

 
Kutaisidə Psixi Sağlamlıq və Narkomaniyanın Qarşısının Alınması Mərkəzinin binası qarşısında narkotika cinayəti ittihamı ilə bir nəfəri saxlayıblar.

Gürcüstanın Birinci Kanalının jurnalistinin xəbər verdiyi üzrə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılmanın məhkəmənin qərarı əsasında olduğunu izah ediblər. Saxlanılan şəxs metadon proqramının iştirakçısıdır.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaq Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır.

Oxşar