Kutaisidə iki nəfərdə koronavirus təsdiq olundu
Kutaisidə iki nəfərdə koronavirus təsdiq olundu

Kutaisi laboratoriyasında ötən 24 saat ərzində mütəxəssislər 1 270 bioloji nümunəni yoxladılar və koronavirus iki şəxsdə təsdiq olundu. Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Xəstəliklərə Nəzarət Milli Mərkəzinin İmereti bölməsinin rəhbəri, Qoça Giorqadze çatdırdı.

Elə onun dediyinə görə, hər iki yeni hal koronavirusa yoluxan pasiyentlərin kontaklarıdılar.

Qoça Giorqadzenin məlumatına görə, testlər İmereti bölgəsində mövcud olan tibbi müəssisələrdə yerləşdirilmiş pasiyentlərə, tibb personalına, karantindən çıxan şəxslərə və başqa hədəf qruplarına edildi.