Kutaisidə güclü külək nəticəsində bir neçə ağac aşdı və evlərin damına ziyan dəydi
Güclü külək Kutaisidə problemlər yaratdı. Təbii fəlakət nəticəsində bir neçə ağac aşdı və evlərin damına ziyan dəydi.
Şəhərin meri İoseb Xaxaleişvilinin bəyan etdiyinə görə, Meriyada qaynar xətt fəaliyyətə başlayıb, zəruri hallarda vətəndaşlara yardım göstərmək üçün şəhərin bütün inzibati vahidlərində qruplar səfərbər edilib.
Paralel olaraq ziyanın hesablanması həyata keçirilir.