Kutaisidə qəsdən sağlamlığa ağır zərər vurulması faktı ilə bağlı polis iki nəfəri saxlayıb

12:08, 01.05.2026

Gürcüstanın Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurma və cinayəti gizlətmə ittihamı ilə əvvəllər məhkum olunmuş iki nəfəri – 1991-ci il təvəllüdlü Ş.R. və 1993-cü il təvəllüdlü G.S.-ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 30 aprel tarixində Kutaisidə mübahisə zəminində ov tüfəngi ilə atəş açaraq 1985-ci il təvəllüdlü B.J.-ni yaralayıb və hadisə yerindən qaçıb.
Yaralı kişi daha sonra tibb müəssisəsində həyatını itirib.
Araşdırma zamanı həmçinin müəyyən olunub ki, hadisənin şahidi olan Ş.R.-nin yanında olan G.S. baş verənlər barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.
“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hər iki şəxs şübhəli qismində saxlanılıb.
Cinayətdə istifadə edilən alət maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 376-cı maddələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar