Kutaisidə elektromobil zavodu tikiləcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze elektromobillər üzrə işləyən industrial holdinqin (aigroup) təqdimatında verdi.
Onun dediyinə görə, regionda ilk dəfə olaraq, məhz Gürcüstanda elektromobillərin istehsalı başlayır.
“Bugün təqdim etdiyimiz layihə, Gürcüstanın 21-ci əsrdə, yüksək texnologiyalar sektorunda müvəffəqiyyətli bir ölkə olacağının konkret nümunəsi və eyni zamanda zəmanətidir” – dedi Mamuka Baxtadze.
Onun dediyinə görə, elektromobilləri istehsal edən layihənin həyata keçirilməsi üçün Kutaisi şəhəri seçildi.
“Kutaisi hər bir gürcünün sevdiyi şəhərdir və Kutaisililəri elektromobil zavodunun inşaatı ilə təbrik edirəm” – dedi Baxtadze.
Baş nazirin dediyinə görə, zavodda 4 model elektromobillər istehsal ediləcək, hansılar ki, Gürcüstan vətəndaşları üçün nəzərdə tutulacaq və hər kəs üçün əlyetərli olacaq.