Kutaisi və Abu-Dabi arasından 15 dekabrdan birbaşa avia gediş-gəlişi başlayacaq
Kutaisi və Abu-Dabi arasından 15 dekabrdan birbaşa avia gediş-gəlişi başlayacaq

Dekabrın 15-dən Kutaisi ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı arasında birbaşa uçuşlar başlayacaq, – bu barədə məlumatı Gürcüstan Aeroportlar Birləşməsi yayır.

Birbaşa uçuşlar həftədə iki dəfə Wizz Air Abu Dhabi tərəfindən həyata keçiriləcək. Yeni istiqamətin təbliği ilə əlaqədar Əbu-Dabidə Milli Turizm Administrasiyasının təşkilatçılığı ilə Gürcüstan Aeroportlar Birləşməsi və Wizz Air şirkəti ilə birgə yeni istiqamətin – “Gürcüstan, səyahət və biznes istiqaməti kimi” təqdimatı keçirildi.

Gürcüstan Aeroportlar Birləşməsi direktoru, Tamar Arçuadze Birləşmiş Ərəb Əmirliklərinin Səfirliyinin, aviaşirkətin və Əbu-Dabi hava limanının nümayəndələri, həmçinin turizm agentlikləri və müxtəlif biznes dairələrinin nümayəndələri qarşısında nitqlə çıxış etdi.

“15 dekabrdab Kutaisi ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı arasında birbaşa uçuşlara başlanır. Bu, xüsusilə əhəmiyyətlidir ki, tarixdə ilk dəfə olaraq bu iki şəhər hava yolu ilə birləşdiriləcək. Ümid edirik ki, artan turizm potensialı İmereti bölgəsinə müsbət təsir göstərəcək, ziyarətçilər ölkəmizə qayıdacaq və İmereti bölgəsinin və ümumilikdə Gürcüstanın cazibəsini bir daha kəşf edəcəklər”, – Tamar Arçuadze bəyan etdi.

Gürcüstan Aeroportlar Birləşməsində qeyd etdiklərinə görə, Wizz Air Abu Dhabi ilk aviaşirkətdir ki, hansı da Wizz Air Macarıstan kiçik büdcəli aviaşirkəti Avropadan xaricdə təşkil etdi. Wizz Air Abu Dhabi hava donanması tamamilə yeni Airbus A321neo-dan ibarətdir və Yaxın Şərqə Kutaisi Beynəlxalq Aeroportunun mövcudluğu dövründə müntəzəm birbaşa reysl düşmək mümkün olacaq.

“Çox vacib görüşlərimiz var. Biz mühüm partnyorlarımız olan müxtəlif turizm şirkətləri ilə görüşürük. Onlar təyyarələrimizdə qrup halında yerlər alırlar və xüsusi səyahət paketləri təklif edirlər ki, bu da aviaşirkət üçün əhəmiyyətli bir faydadır. Bu gün biz, Kutaisi və Abu Dabi arasında dekabrın 15-də başlayan yeni istiqaməti elan etdik. Biz həftədə iki dəfə Kutaisiyə istiqamətilə uçacağıq. Bu, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi ilə Gürcüstanla, xüsusilə Kutaisi ilə ilk dəfə əlaqə saxlayan hal olacaq”, – Wizz Air Abu Dhabi-nin idarəedici direktoru, Keysi Von Sxaik bəyan edir.

Gürcüstan Aeroportlar Birləşməsində qeyd etdiklərinə görə, dekabrın 15-də Abu-Dabidən Kutaisi Beynəlxalq Hava Limanına ilk uçuş BƏƏ-dən olan bloqçular, nüfuzlu şəxslər və jurnalistlər İmereti bölgəsinin turizm potensialı ilə tanış etmək, Gürcüstan haqqında hekayələr və məqalələr hazırlamaq üçün gələcəklər.