Kutaisi–Tsğaltubo–Tsaqeri–Lentexi–Lasdili yolunun müəyyən hissəsində sürüşmə səbəbindən avtonəqliyyatın hərəkəti müvəqqəti olaraq qadağan edilib

10:47, 05.05.2025

 

Kutaisi (Tsğaltubonun dönəcəyi) – Tsğaltubo–Tsaqeri–Lentexi–Lasdili yolunun 91-ci km-də avtonəqliyyatın hərəkəti müvəqqəti olaraq qadağan edilib – bu barədə məlumatı Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Respublika əhəmiyyətli Kutaisi (Tsğaltubonun dönəcəyi) – Tsğaltubo–Tsaqeri–Lentexi–Lasdili avtomobil yolunun 91-ci km-də (Babili kəndi) sürüşmə səbəbindən bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır” – məlumatda qeyd olunub.

Oxşar