Kutaisi Şəhər Məhkəməsi Ciaturanın Şukruti kəndinin mədəninin direktoruna hücum etmək ittihamı ilə saxlanılan 4 nəfər barəsində qətimkan tədbiri olaraq iki aylıq həbs qətimkan tədbiri seçib
Kutaisi Şəhər Məhkəməsi Ciaturanın Şukruti kəndinin mədəninin direktoruna hücum etmək ittihamı ilə saxlanılan 4 nəfər barəsində qətimkan tədbiri olaraq iki aylıq həbs qətimkan tədbiri seçib.
Məhkəmə prosesində müdafiə tərəfi təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayətin təşviq edildiyini deyirdi. Vəkillər həbs qətimkan tədbirinin seçilməsinə qarşı çıxırdılar və onların hər biri üçün 5000-5000 lari girov qərarı verilməsini tələb edirdilər. İttiham tərəfi isə şahidlərə təsir edilməsi və gizlənmə təhlükəsindən danışırdı və buna görə də həbs tələb edirdi. Sonda hakim müdafiə tərəfinin vəsatətini təmin etmədi və dörd nəfərin hamısı barəsində qətimkan tədbiri olaraq iki aylıq həbs qətimkan tədbiri seçdi.
İstintaq Merab Saralidze və Qiorqi Neparidzeni qrup halında zorakılığın təşkil edilməsində, rəhbərlik etməkdə və iştirak etməkdə ittiham edir, bu da ittihamın təsdiqlənməsi halında, cəza növü olaraq 6 ildən 9 ilə qədər həbs cəzasını nəzərdə tutur. Tenqo Qvelesiani və Açiko Cumburidze isə qrup halında zorakılıqda iştirakda ittiham olunurlar, bu isə cəza növü olaraq 4 ildən 6 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
İş üzrə ilkin məhkəmə iclası iyunun 19-da keçiriləcək.
Məlumat üçün bildirək ki, Ciaturada baş vermiş insidentlə bağlı polis 4 nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, “istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Ciatura Munisipalitetində Şukruti mədəninin direktoru, 1982-ci il təvəllüdlü T.K. ilə fiziki qarşıdurma yaşayıblar və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər”.