Kutaisi Laboratoriyasında koronavirus üzrə 279 insanın testini yoxladılar, heç birində "COVID-19" təsdiq olunmadı
Kutaisi Laboratoriyasında mütəxassislər koronavirus üzrə 279 insanın testini yoxladılar və cavabın hamısı mənfidir, heç birində “COVID-19” təsdiq olunmadı, – bu barədə Gürcüstanın Birinci Kanalına Xəstəliklərə Nəzarət Milli Mərkəzinin İmereti idarəsinin rəisi, Qoça Giorqidze bəyan etdi.
Gioqidzenin məlumatına görə, testlər İmereti bölgəsində olan tibb müəssisələrinə yerləşdirilmiş pasiyentlər və karantin zonalarından çıxan şəxslərə edildi.
İmereti bölgəsində mövcud olan karantin zonalarından 106 insan çıxdı və hazırda 237 nəfər qalmaqdadır.