Kutaisi intervensiya tibbi mərkəzindən pasiyent yoxa çıxdı
Kutaisi intervensiya tibbi mərkəzindən pasiyent yoxa çıxdı

Kutaisi intervensiya tibbi mərkəzindən pasiyent yoxa çıxdı. 76 yaşlı kişi klinikadan dörd gün bundan əvvəl qaçdı və bu günə kimi onun olduğu yer müəyyənləşdirilməyib.

Tibbi müəssisənin hüquqşünası, Armaz Xelidzenin dediyinə görə, pasiyent klinikada 27 noyabrdan müalicə olunurdu. O, tibb müəssisəsinə özü müraciət etdi. Hüquqşünasın açıqlamasına görə, pasiyent klinikanı arxa qapıdan özbaşına tərk etdi. Armaz Xelidzenin bəyan etdiyinə görə, pasiyentin klinikaya qarşı maliyyə öhdəliyi yox idi, müvafiq olaraq qaçmağının səbəbi naməlumdur.

Kişinin axtarış işinə polis cəlb olunub.