Kutaisi İnfeksiya Xəstəxanasında koronavirusdan 25 günlük körpə sağaldı
Kutaisi İnfeksiya Xəstəxanasında koronavirusdan 25 günlük körpə müalicə olunaraq sağaldı. Klinikada bəyan etdiklərinə görə, pasiyenti artıq evə buraxdılar.
Bu vaxt üçün klinikada koronavirusa yoluxan 75 pasiyent müalicə olunur. Klinikanın həkimi, Vasil Qoduadzenin məlumatına görə, pasiyentlər arasında ikisi kritik olaraq ağır vəziyyətdədir və tənəffüs aparatına qoşulub. 15 pasitentin vəziyyəti isə, ağır olaraq dəyərləndirilir və onlar intensiv şöbədə müalicə olunurlar.
Klinikada 13 uşaq müalicə olunur. Onların vəziyyəti orta ağırlıqdadır. Qoduadzenin bəyan etdiyinə görə, klinikada boş çarpayı yoxdur.