Kutaisi İnfeksiya Xəstəxanasında koronavirusa yoluxan 61 pasiyent müalicə olunur, onlardan biri üç aylıqdır. Pasiyentlər arasında 29-u uşaqdır.
Klinikanın tibbi direktoru, Nodar Mağlaperdizenin məlumatına görə, 14 pasiyentin pnevmoniyası var.
“İki pasiyentin vəziyyəti nisbətən ağırdır, onlardan biri qadındır və müxtəlif xroniki xəstəlikləri var. İkincisi isə, Abxaziyadan olan kişidir və yenə də süni tənəffüs aparatına qoşulmuş qalır”, – Mağlaperidze bəyan etdi.