Kutaisi Beynəlxalq hava limanında cari ilin yanvar-sentyabr aylarında yolçuların sayı təqribən 40 faizlə artıb.
Vətəndaş avia agentliyinin göstəricilərinə görə, son doqquz ay ərzində, hava limanından 629 618 yolçu istifadə edib və bu da, 2018-ci ilin doqquz ayının göstəricilərindən 179 201 yolçu ilə artıqdır.
Gürcüstan-Rusiya arasında avia-uçuşların dayandırılması Kutaisi Hava Limana təsirini göstərmədi, çünki bu hava limanından uçuşlar əsasən Avropa ölkələrinə həyata keçirilir.
Ümumiyyətlə, Gürcüstan hava limanlarında son doqquz ayda yolçuların sayı beş faizlə artıb.