Kutaisi Beynəlxalq Hava Limanından Venesiya istiqamətində birbaşa aviareyslər başladı
Dekabrın 2-dən Kutaisi Beynəlxalq Hava Limanına Venesiya istiqamətində birbaşa reyslər əlavə edildi. “Wizz Air” aviaşirkəti Venesiya-Kutaisi-Venesiya istiqamətində reysləri həftədə iki reys tezliyi ilə – çərşənbə axşamı və şənbə günləri “Airbus A321neo” təyyarəsi ilə həyata keçirir.
Hava Limanları Birliyinin məlumatına əsasən, birinci Venesiya-Kutaisi-Venesiya reysindən 340 sərnişin faydalanıb.
“Kutaisinin Davit Ağmaşenebeli adına Beynəlxalq Hava Limanında Gürcüstanın Hava Limanları Birliyinin təşkilatçılığı ilə Venesiyadan birinci reyslə gələn sərnişinlərə xüsusi qarşılanma mərasimi təşkil olunub. Tədbir çərçivəsində qonaqları Gürcüstanın Hava Limanları Birliyinin baş direktoru Levan Moseşvili və İmeretinin Təyinat İdarəetmə Təşkilatının rəhbəri Mari Davidze salamlayıblar. Birinci reysin sərnişinlərinə Hava Limanları Birliyindən rəmzi hədiyyələr verilib” – Hava Limanları Birliyinin məlumatında deyilir.