Kutaisi Apellyasiya Məhkəməsi Mzia Amağlobelinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı iddianı qəbul etməyib
Kutaisi Apellyasiya Məhkəməsi Mzia Amağlobelinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı iddianı qəbul etməyib

Kutaisi Apellyasiya Məhkəməsi vəkillərin “Netgazeti” və “Batumelebi”nin təsisçisi Mzia Amaqlobeli barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı iddiasını qəbul etməyib.

Vəkillər Batumi Apellyasiya Məhkəməsinin də həbs qətimkan tədbirinə baxmaqdan imtina etdiyi 14 fevral qərarından Apellyasiya Məhkəməsinə şikayət edirdilər.

Mzia Amağlobelinin vəkili Cuba Katamadzenin dediyi kimi, bugünkü qərar Mzia Amağlobelinin işində növbəti qanunsuzluqdur.

“Bu yaxınlarda xəbər verildiyi kimi, Kutaisi Apellyasiya Məhkəməsinin hakimi Vera Dolidze müdafiə tərəfinin vəsatətini qəbuledilməz elan edib. Bu, Mzia Amaglobeli işində məhkəmələrin çıxardığı növbəti qanunsuz qərardır. Həbs cəzasının zəruriliyini sübut edəcək heç bir real hal və dəlil yox idi”, – deyə vəkil bildirib.

Batumi Şəhər Məhkəməsi polis əməkdaşına hücumda təqsirləndirilərək həbs edilən Mzia Amağlobeli barəsində yanvarın 14-dək həbs qətimkan tədbiri seçilib. Amağlobeli hazırda Vivamed klinikasında müalicə olunur. O, dünən aclıq aksiyasına son qoyub.