Kutaisi Aeroportundan bu gün Nur-Sultan istiqamətinə uçuşun yerinə yetirilməsi planlaşdırılır

11:36, 08.01.2022

Kutaisi David Ağmaşenebeli adına Beynəlxalq Aeroportundan Qazaxıstan istiqamətinə reys bu gün saat 16:15 üçün planlaşdırılıb. Bu barədə Gürcüstanın Birinci Kanalına “FlyArystan” aviaşirkətinin nümayəndəsi, Marex Şervaşidze bəyan etdi.

“FlyArystan” aviaşirkətinin nümayəndəsinin məlumatına görə, reys Nur-Sultan istiqamətinə həyata keçiriləcək.

Atirau reysi ilə bağlı aviaşirkətin nümayəndəsinin bu vaxta qədər məlumatı yoxdur.

Oxşar