Kutaisi Aeroportu sərnişinlərin axınının artması ilə Avropada liderlərdən biridir
Kutaisi Aeroportu sərnişinlərin axınının artması ilə Avropada liderlərdən biridir. “ACI EUROPE”-nın göstəricilərinə görə, 2018-ci ilin noyabrında aeroport, keçən illin noyabr ayı ilə müqayisədə 132,5 faiz ilə artıq sərnişinə xidmət göstərdi.
Daha yüksək artım yalnız İtaliyanın şəhərlərində qeydə alındı: Trapani (+ 553,3%), Foca (+ 550%), Taranto (+ 366,7%) və Yunanıstan Mikonosu (+252.4%).
Xatırladaq ki, 2018-ci ildə aeroportlar cəmi 5 033 323 sərnişinə xidmət göstərdilər. 2017-ci il ilə müqayisədə sərnişinlərin axını 23.55% ilə, 2016-ci il ilə müqayisədə isə, 77.20% faiz ilə artmışdır.