Kursk bölgəsində qazpaylama stansiyasında partlayışdan sonra yanğın baş verib
Kursk bölgəsində qazpaylama stansiyasında partlayışdan sonra yanğın baş verib. Rusiya İstintaq Komitəsinin bəyanatına əsasən, partlayışla bağlı istintaq aparılır, şübhəlilər ukraynalı hərbçilərdir.
Komitədə Rusiya Federasiyasının ərazisinə qanunsuz daxil olan Ukrayna silahlı birləşmələrinin Suci qaz stansiyasında qəsdən partlayış törətdiyini bildiriblər.
Ukrayna Ordusunun Baş Qərargahı Rusiyanın Ukraynaya qarşı nüfuzdan salan kampaniya aparmasına dair bəyanat yaydı. Ukraynada bildirirlər ki, Suci qazpaylama stansiyasını rusların özləri bombalayıblar.