Kür çayının sol sahilində planlaşdırılan işlərə görə avtomobil hərəkəti qismən məhdudlaşdırılacaq

14:09, 05.08.2025

Kür çayının sol sahilində, yeraltı kommunikasiya xətlərinin bərpası məqsədilə, avtomobil hərəkəti bir gün müddətinə qismən məhdudlaşdırılacaq.

Bu barədə Tbilisi meri məlumat yayıb.

“Bu ilin 5 avqust tarixində saat 14:00-dan günün sonunadək, Kür çayının sol sahilində – Dimitri Uznaadze küçəsi yaxınlığından başlayaraq Galaktion körpüsü istiqamətində avtomobil hərəkəti qismən məhdudlaşdırılacaq”, – deyə Tbilisi meriyasının bəyanatında bildirilir.

Oxşar