Külli miqdarda saxta pulun işə keçirilməsi faktı üzrə xarici ölkə vətəndaşını saxlayıblar
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində külli miqdarda saxta pulun işə keçirilməsi faktı üzrə xarici ölkə vətəndaşını saxlayıblar.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz olaraq maddi fayda əldə etmək məqsədilə Acara bölgəsində ümumilikdə 7400 ABŞ dolları həcmində 74 ədəd saxta 100 dollarlıq əskinası işə keçirib” – İstintaq Xidmətində bildirirlər.
Onlar istintaq hərəkətləri nəticəsində saxta əskinasların tamamilə müsadirə edilməsi haqda məlumat verirlər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə aparılır, bu da cəza növü və tədbiri kimi yeddi ildən on ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.