Kubada magnitudası 6,8 olan zəlzələ baş verib, yaşayış evlərinə və elektrik xətlərinə ziyan dəyib

12:08, 11.11.2024

 

Kubada Qranma əyalətində Bartolome Maso munisipaliteti yaxınlığında güclü zəlzələ baş verib. İlkin olaraq zəlzələnin magnitudası 5,9 olub, təkrarlanan zəlzələnin magnitudası isə 6,8 olub.

Zəlzələ nəticəsində infrastruktura ziyan dəyib.

“Zəlzələ torpaq sürüşməsinə səbəb olub, yaşayış evlərinə və elektrik xətlərinə ziyan dəyib. Dəymiş ziyanı qiymətləndirməyə başladıq. Birinci və əsas vəzifə insanların həyatını xilas etməkdir” – Kubanın Prezidenti Miqel Diaz-Kanel bildirib.

Oxşar