Kubada elektrik enerjisinin verilişi tamamilə dayandırılıb
Kubada elektrik enerjisinin verilişi tamamilə dayandırılıb. Ölkənin dövlət enerji şirkəti X sosial şəbəkəsində yaydığı məlumatda təsdiqləyib ki, təxminən 10 milyon nəfər elektriksiz qalıb.
Qurumun məlumatına görə, genişmiqyaslı kəsintinin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb. Eyni zamanda, Kubanın Energetika Nazirliyi enerji təchizatının bərpası istiqamətində xüsusi işlərin gücləndirildiyini açıqlayıb.
Xatırladaq ki, Kubada yanacaq qıtlığı ABŞ Prezidenti Donald Trampın adaya neft satan və ya tədarük edən ölkələrə tariflər tətbiq edəcəyi ilə hədələməsindən sonra daha da dərinləşib. Vaşinqtonun bu addımı ölkədə mövcud olan iqtisadi və maliyyə böhranını ağırlaşdırıb və nəticədə yerli elektrik şəbəkəsində ciddi problemlər yaranıb.