Kuba Xarici İşlər Nazirliyində bildirirlər ki, Kuba vassal dövlətə çevrilməyə və ya başqa bir supergücdən asılı olmağa razı olmayacaq və ölkənin ordusu ABŞ-ın mümkün aqressiyasına hazırdır
Kuba silahlı qüvvələri ABŞ-ın potensial aqressiyasına hazırdır — bu barədə Kubanın xarici işlər nazirinin müavini Karlos Fernandes de Kosio bildirib.
Onun sözlərinə görə, ABŞ-ın niyə hücum etməli olduğunu anlamır.
Karlos Fernandes de Kosio qeyd edib ki, Kuba bu ssenarini çox ehtimal etmir, lakin “Kuba ordusu hər zaman hazırdır və hazırda da hərbi aqressiya ehtimalına qarşı hazırlıq görür”.
Nazir müavininin sözlərinə görə, rejim dəyişikliyi tamamilə istisna olunur.
“Kuba suveren ölkədir və suveren dövlət olaraq qalmaq hüququna malikdir. Kuba vassal dövlətə və ya başqa bir ölkədən, yaxud hər hansı bir supergücdən asılı dövlətə çevrilməyə razı olmayacaq”, — deyə Karlos Fernandes de Kosio bildirib.
O əlavə edib ki, Kuba dialoqa hazırdır, lakin daxili siyasətə müdaxilə şərti ilə deyil.