Kuba hökuməti - ABŞ-nin Venesuelada hərbi əməliyyatı zamanı Kubanın 32 vətəndaşı həlak olub
Kuba hökuməti - ABŞ-nin Venesuelada hərbi əməliyyatı zamanı Kubanın 32 vətəndaşı həlak olub

 

Kuba hökuməti ABŞ-nin Venesuelada hərbi əməliyyatı zamanı Kubanın 32 vətəndaşının həlak olduğunu açıqlayıb. Kubada həlak olanlara ehtiram əlaməti olaraq yanvarın 5-i və 6-da matəm elan edilib.

“İmperialist formasında olan terrorçulara qarşı döyüşdə həlak olmuş qəhrəman kubalı döyüşçülərə şərəf və şöhrət. Onlar qardaş ölkənin xahişi ilə həyatlarını qorumağa kömək etdiyimiz Venesuela Prezidentini və həyat yoldaşını qaçırıblar” – Kuba Prezidenti Miqel Dias-Kanel sosial şəbəkədə yazır.

Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp da əməliyyat zamanı bir çox kubalının həlak olduğunu təsdiqləyib.

“Bilirsiniz, dünən çox sayda kubalını qətlə yetiriblər. Mühafizəçilər. İkinci tərəfdə çox sayda insan həlak oldu. Bizim tərəfimizdə həlak olan olmayıb” – Tramp bildirib.

ABŞ dövlət katibi Marko Rubio, kubalı yüksək vəzifəli rəsmilərin Maduro yaxalanmazdan əvvəl Venesuelada onunla birlikdə olduqlarını bildirib.

“Maduronu qoruyan məhz kubalılar idi. Onu venesuelalı mühafizəçilər yox, kubalılar qoruyurdular” – Marko Rubio qeyd edib.