Ksani nəqliyyat qovşağı-Xaşuri hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Ksani nəqliyyat qovşağı-Xaşuri hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

 
Ksani nəqliyyat qovşağı-Xaşuri hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – bu haqda məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 41 km-120 km hissəsində (Ksani nəqliyyat qovşağı-Xaşuri) qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib, 120 km- 162 km (Xaşuri-Boriti) hissəsində isə müvəqqəti olaraq qadağan edilib. Avtomobil yolunun qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.