Krtsanisi rayonunda daha bir istirahət məkanı yaradılacaq

12:49, 29.10.2026

 

Krtsanisi rayonunda, Marneuli şossesində, N1 yamacın yaxınlığında yeni istirahət məkanı yaradılacaq.

Paytaxtın meri Kaxa Kaladzenin Tbilisi Munisipalitetinin hökumət iclasında qeyd etdiyi kimi, layihə nəticəsində yerli sakinlər istirahət etmək imkanı əldə edəcəklər.

“Layihənin məqsədi qeyd olunan ərazidə yerli əhalinin dincələ biləcəyi və uşaqları ilə vaxtını xoş keçirə biləcəyi müasir, abadlaşdırılmış və funksional məkan yaratmaqdır. Layihə çərçivəsində torpağı saxlayan qabion divarlar, piyada cığırları və xarici işıqlandırma sistemi quraşdırılacaq. Ərazidə çardaqlar, istirahət sahəsinə uyğun mebel və uşaq meydançası yerləşdiriləcək. Həmçinin ağac və bitkilər əkiləcək. Hərtərəfli abadlaşdırılmış və yenilənmiş məkan olacaq” – Tbilisinin meri qeyd edib.

Layihənin dəyəri 760 000 laridir və yerli büdcədən maliyyələşdirilir.

Oxşar