Krtsanisi küçəsində yol qəzası nəticəsində xasarət alan daha bir insan vəfat etdi
Tbilisidə, Krtsanisi küçəsində yol qəzası nəticəsində xasarət alan daha bir insan vəfat etdi. Bu barədə Gürcüstanın Birinci Kanalına “Nyu Hospitalsda” bəyan etdilər.
Klinikada qeyd etdiklərinə görə, 50 yaşına qədər kişinin vəziyyəti daxil elə ediləndən ağır idi və həkimlərin cəhdlərinə baxmayaraq, onun xilas edilməsi mümkün olmadı.
Yolz qəzası nəticəsində xəsarət alan başqa şəxslərə gəldikdə, klinikaya bu vaxt üçün üç insan yerləşdirilib. Onlardan ikisinə əməliyyat edildi və vəziyyətləri sabitdir. Bir xəsarət alanın vəziyyəti orta ağırlıqdadır və renimasiya şöbəsindədir.
Krtsanisi küçəsində yol qəzası 12 iyunda baş verdi. Yük avtomobilinin sürücüsü sükanı tabe edə bilmədi, yolun əks tərəfinə çıxdı və bir neçə minik avtomobili ilə toqquşdu. Nəticədə bir insan yerindəcə dünyasını dəyişdi, iki xəsarət alan klinikaya yerləşdirildikdən sonra vəfat etdi, səkki nəfər isə xəsarət aldı.