Krit adasında miqyaslı meşə yanğını ilə mübarizə aparırlar, iki yanğınsöndürən həlak olub

21:28, 29.07.2026

 

Yunanıstanda, Krit adasında miqyaslı meşə yanğını ilə mübarizə aparırlar, iki yanğınsöndürən həlak olub. Hazırda alov ən azı üç müxtəlif ərazidə yayılır.

Yanğının sürətlə yayılması səbəbindən Yunanıstanın Fövqəladə Hallar Xidməti əhaliyə təxliyə barədə iki dəfə xəbərdarlıq bildirişi göndərib.

Eyni zamanda, Yunanıstanda yanğınsöndürənlər Paros adasında idarəolunmaz hal alan daha bir miqyaslı meşə yanğını ilə mübarizə aparırlar.

Məlumat üçün bildirək ki, artıq bir neçə həftədir Fransa və İspaniyada miqyaslı meşə yanğınları ilə mübarizə aparırlar. Son məlumatlara əsasən, hər iki ölkədə təxliyə edilən vətəndaşların sayı 360 000 nəfəri keçib. Xüsusilə Fransanın Bordo şəhərində və İspaniyanın paytaxtı Madridin ətrafında vəziyyət ağırdır.

Oxşar